“Caliber” “YouTube” kanalı İrəvandakı əsgər analarının etirazlarından video görüntülər təqdim edib.
Unikal.org xəbər verir ki, etiraz aksiyasında erməni qadın rəsmi İrəvanı övladlarının axtarışı istiqamətində fəaliyyətsizlikdə günahlandırır və Azərbaycanın tərəfinə keçməyə hazır olduğunu deyir.
“Nə edim ki, İlham Əliyev səsimi eşitsin? Bizə yalnız o kömək edə bilər. Eşitsə, əlimi tutub deyəcək ki, gəlin gedək oğlunuzu tapaq. Buna əminəm!”, - deyə o bildirib.