Yəməndə Husi qüvvələri Səudiyyə Ərəbistanına məxsus dronu vurublar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşma özü məlumat yayıb.
Vurulmuş dronun zərbə PUA-sı olduğu bildirilib. Çin istehsalı olan "CH-4" pilotsuz uçuş aparatının vurulması ilə bağlı Səudiyyə tərəfi hələlik hər hansı açıqlama verməyib. Həmçinin dronun hansı şəraitdə və hansı ərazidə vurulduğu da məlum deyil.