İspaniyada koronavirus əleyhinə tədbirlərin ləğvi tələbi ilə aksiya keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etiraçıların bir qismi regionlardan paytaxt Madridə piyada yürüşlə gəlib.
Onlar parlament binası qarşısında böyük aksiya təşkil edib. Aksiya iştirakçılarının böyük qismi xidmət sektorunda və restoranlarda çalışan işçilər və kiçik sahibkarlar olub. Onlar pandemiyaya qarşı tədbirlərin ləğvi və ya xidmət sektoru ilə bağlı yasaqlamaların yumşaldılması tələbi ilə çıxış ediblər. Aksiya başa çatdırılıb. Saxlanılanlarla bağlı məlumat yoxdur.