Noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. 

Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.