“NASA” potensial təhlükəli göy cisimləri qrupuna daxil olan üç asteroidin Yer kürəsinə yaxınlaşdığını bəyan edib.
Unikal.org xəbər verir ki, kosmik daşlar 25 dekabrda təhlükəsiz şəkildə planetin yanından keçəcəklər. Bunlardan ən böyüyü, diametri təxminən 200 metr olduğu ehtimal edilən asteroid Yer kürəsindən 3 min kilometr uzaqlıdan keçəcək.
501647 (2014 SD224) adlanan asteroid son dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşıb.
Qeyd edək ki, potensial təhlükə sayılan obyektlər Yer kürəsindən 6-7 min kilometr uzaqlıdan keçən və sahəsi 140 metr olan obyektlər hesab edilir.