Ermənistanda bu gün keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 80-ə yaxın şəxs saxlanılıb.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu agentliyin İrəvandakı müxbiri bildirib. Fakt polis tərəfindən təsdiq edilib. Bildirilib ki, gün ərzində 77 şəxs həbs olunub. Hazırda aksiyalar davam edir. Gecə çadırlarda qalacaq insanların oturaq aksiya keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar 10 noyabrdan bəri davam edir.