Ermənistanın Baş naziri Nikol Paşinyan partiyaları 2021-ci ildə növbədən kənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.
Unikal.org TASS.ru-ya istinadla xəbər verir ki, Paşinyan insanların istəyi ilə baş nazir postundan istefa verə biləcəyini də açıqlayıb: "Baş nazir postunu yalnız xalqın qərarı ilə tərk edə bilərəm. Xalqın inamı yenidən bərpa olunacağı təqdirdə, bu çətin dövrlərdə də Ermənistan Respublikasının rəhbərliyini davam etdirməyə hazıram.Bütün bu sualların cavabını almaq üçün yalnız bir yol var - xüsusi parlament seçkiləri keçirmək".