Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org "RİA Novosti"yə istinadla xəbər verir ki, Kazan şəhərində keçmiş həyat yoldaşının yenidən evlənəcəyini xəbər tutan kişi onun evinə gəlib.
38 yaşlı şəxs öncə qadını döyüb, daha sonra mənzilin eyvanında boğub öldürdükdən sonra asıb.
Artıq cinayətkar saxlanılıb və o törətdiyi qətl hadisəsini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.