ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı qalmaqallı Edvard Snoudenin oğul övladı dünyaya gəlib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, uşağın və ananın səhhəti normaldır. Edvard Snouden 2014-cü ildən Rusiyada yaşayır.
Qeyd edək ki, casusluqda ittiham olunan ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı dövlət sirlərini yaymaqda və mətbuata ötürməkdə ittiham olunurdu. 2013-cü ildə beynəlxalq skandala səbəb olan Snouden Rusiyaya qaçmağı bacarmışdı. Təhlükəsizlik səbəbi ilə onun yaşadığı yerin dəqiq ünvanı açıqlanmır.