Özbəkistanda zəlzələ baş verib.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, zəlzələ Özbəkistanın şərqində, Fərqanə vilayətindən 18 kilometr cənubda olub. Rixter şkalası ilə 5.5 balla qiymətləndirilən yer silkələnməsinin ocağı yerin 2 kilometr dərinliyində yerləşib.
Özbəkistanla yanaşı, Qırğızıstanın da sərhədyanı regionlarında zəlzələ hiss olunub. Hər iki ölkədə cüzi miqdarda dağıntı olduğu bildirilir. İnsan tələfatı ilə bağlı məlumat yoxdur.