ABŞ-ın İllinoys ştatının Rokford şəhərində silahlı insident baş verib.

Unikal.org  xəbər verir ki, atışma nəticəsində 3 nəfər həlak olub, digər 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerlədşirilib.

Məlumata görə, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. İnsidentin baş vermə səbəbi açıqlanmayıb. Polis araşdırma aparır.