Çilinin cənubunda 6.8 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtla 21.39-da qeydə alınıb. Yeraltı təkanın episentri Korral yaşayış məntəqəsindən 149 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə baş verib.

Sunami təhlükəsi elan edilməyib. Tələfat və dağıntı barədə məlumat verilməyib