"Check Point" şirkətinin nümayəndəsi Vasili Dyagilev hakerlərin gələn il üçün əsas məqsədlərini açıqlayıb.
Unikal.org xəbər verir ki, 2021-ci ilin trendləri siyahısına həm koronavirus infeksiyası, həm də kibercasusluq mövzulu fişinq məktubları daxil olub.
"2021-də COVİD-19 bizim həyatımıza, biznesimizə və cəmiyyətimizə təsir göstərməyə davam edəcək, amma il ərzində həmin təsirin səviyyəsi dəyişəcək. COVİD-19 məqalələrin başlıqlarını hələ ki, tərk etməyəcək, vaksinin inkişafı və yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı xəbərlər 2020-də olduğu kimi, qarşıdan gələn ildə də fişinq hücumlarında istifadə olunmağa davam edəcək", - deyə Dyagilev bildirib.
O qeyd edib ki, fəaliyyəti vaksinin inkişafına yönələn əczaçılıq şirkətləri də böyük risk altında qalmağa davam edəcək. 2021-ci ildə proqnozlaşdırılan trendlər sırasına distant təhsil sistemlərinə kiberhücumlar, həmçinin kibercasusluq daxildir.