Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Siyəzən RPŞ-nin Xidmət Üzrə Rəis müavini polis polkovnik-leytenantı Əhməd Cəlilov vəzifəsindən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Teymur Hacıyevdir.