Koronavirus əleyhinə peyvənd edilən Rusiya vətəndaşlarına növbəti ilin yanvarından etibarən COVİD-19 pasportu veriləcək.
Unikal.org xəbər verir ki, bunu Rusiya səhiyyə naziri Mixail Muraşko bildirib.
"Biz güman edirik ki, peyvənd olmuş şəxslər üçün yanvar ayından etibarən dövlət saytında avtomatik rejimdə pasport verilmə funksiyası hazır olacaq", - Muraşko deyib.