Afrikanın şərqindəki ada ölkəsi Seyşellərdə yeni koronavirusdan ilk ölüm halı qeydə alınıb. 

Unikal.org xəbər verir ki, Seyşellər Səhiyyə Nazirliyinin verdiyi açıqlamada 57 yaşlı vətəndaşın müalicə aldığı xəstəxanada Covid-19 səbəbiylə öldüyü və bunun ölkədəki ilk həyat itkisi olduğu bildirilib. 

Nazirlik bu günə qədər ölkədə 322 yoluxmanın qeydə alındığını və 222 nəfərin sağaldığını açıqlayıb.  Prezident Uavel Ramkalan, vətəndaşlara müraciətində vəziyyətin daha da pisləşməyə davam etdiyini və hər kəsin epidemiyaya ciddi yanaşmalı olduğunu söyləyib.