Nyu-Yorkda yeni il bayramı zamanı dəhşətli hadisə baş verib.
Unikal.org xəbər verir ki, 23 yaşlı Eljah Kelli adlı şəxs 27 yaşlı qadının yaşadığı mənzilin qapısını döyərək, özünü kuryer kimi təqdim edib və ona çatacaq hədiyyə paket olduğunu deyib.
Qadın mənzili acan zaman 23 yaşlı kişi onu boğmağa başlayıb.
Qadın huşunu itirdikdən sonra Eljah ona təcavüz edib.
Təcavüzə məruz qalan şəxs gözlərini xəstəxanada açıb. Daha sonra qadın hadisə ilə bağlı polisə ifadə verib. Onun ifadəsindən sonra təcavüzkar həbs edilib.