Koronavirus (Covid-19) ortaya çıxmasından bəri ölkədə heç bir yoluxma və ölüm halının olmadığını iddia edən Şimali Koreya, Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqından (GAVI) peyvənd istəyib.
Unikal.org xəbər verir ki, GAVI hələ də bu mövzuda Şimali Koreyaya məlumat verməyib.
Bildirək ki, Ş. Koreya virus ortaya çıxandan bəri ölkə sərhədlərini tamamilə bağlayıb. Lakin, "South China Morning Post" qəzeti, keçən ilin mart ayında təxminən 200 Şimali Koreyalı əsgərin Covid-19-dan öldüyünü və minlərlə insanın karantinə alındığını iddia edib.
İsveçrə mərkəzli peyvənd ittifaqı təşkilatı olan GAVI tərəfindən paylanacaq peyvəndlərin ilk tədarükünün, ölkələrin qanuni təsdiqləmə müddətlərindən asılı olaraq 2021-ci ilin birinci rübündə başlayacağı gözlənilir.