Rumıniyada zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Rumıniyanın cənubundakı Olt əyalətində olub. Zəlzələ Rixter şkalası ilə 4.5 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Yer silkələnməsi hiss olunsa da, dağıntı əmələ gəlməyib. Həmçinin itkilərin olmadığı ilə bağlı məlumat verilib.