Azərbaycan dahi şairi Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənnmi Afət Fərmanqızı onu tənqid edənlərə yenidən cavab verib.

Unikal.org xəbər verir ki, “Xəbər-Ətər” verilişinin qonağı olan müğənni sözügedən mahnısından 500 min dollar qazandığını vurğulayıb. 

Belə ki, A.Fərmanqızı həmin mahnıdan əldə etdiyi pulla son model "Mersedes GALENWAGEN" markalı avtomobili aldığını da gizlətməyib.