Türkiyəli müğənni Demet Akalın yeni açıqlaması ilə diqqət çəkib.
Unikal.org xəbər verir ki, artıq müğənninin şəxsi bank hesablarında da pulu qalmayıb.
İfaçı prodüser Acun Ilıcalının "Exxen" rəqəmsal platformasını yükləyə bilmədiyini deyib. Bundan sonra hər kəs Demetin ünvanına "platforma varlıdır deyə qəbul etmir, kasıba isə 10 lirədir" şərhini yazıb. Akalın isə bunu cavabında izləyicisinə "Bankda belə pulum yoxdu, artıq varlı deyiləm"- deyə, bildirib.