Elmar Vəliyev toyuq dönərinə savaş açıb?!
21:40 11-01-2013
CƏMİYYƏT
Elmar Vəliyev toyuq dönərinə savaş açıb?!
Gəncədəki ilginc bir qadağa haqqında
Gəncədə qiymətinə və keyfiyyətinə görə daha münasib sayılan toyuq dönərlərinin hazırlanması və satışı qadağan edilib. Bu barədə ölkənin ikinci böyük şəhərindəki qaynaqlardan bilgi əldə etmişik.
İddialara görə, Gəncədə toyuq dönəri var idi. Lakin şəhərin icra başçısı Elmar Vəliyevin təyinatından sonra onların hazırlanması və satışına qadağa qoyulub. Hazırda Gəncədə sadəcə mal ətindən hazırlanan dönərlər satılır.
Bəzi məlumatlarda isə bildirilir ki, Gəncədə toyuq dönəri yasaq olsa da, bu, icra başçısı ilə əlaqəli deyil. Qərarı şəhər Gigiyena və Epidemiologiya Mərkəzi verib və səbəbini də quş qripi təhlükəsi ilə əlaqələndiriblər.
Bu da yasağın ilgincliyindən xəbər verir. Əvvəla, hazırda quş qripi ilə bağlı təhlükə hiss edilmir.
Digər tərəfdən paytaxt Bakı başda olmaqla, ölkənin hər yerində toyuq dönərinin satışı sərbəstdir. Elə isə Gəncənin istisna təşkil etməsi həqiqətən maraq doğurmaya və suallar yaratmaya bilməz. Məlumat üçün bildirək ki, Gəncədə hazırda dönərlərin qiyməti 1.20-5 manat arasında dəyişir. Bu qiymətlər onların həcminə və içinə vurulan qarnirinə görə müəyyən edilir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31