Dünyaca tanınmış Hollivud ulduzu Conni Depp və keçmiş həyat yoldaşı Ember Herd arasındakı məhkəmə yekunlaşıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ember Deppə qarşı 100 milyon dollarlıq təzminat davası açıb. Məhkəmə Herdin haqlı olduğu haqqında qərar qəbul edib. Qərara əsasən Conni Emberə 100 milyon dollar təzminat ödəyəcək.
Qeyd edək ki, Depp keçmiş həyat yoldaşı Ember Herdə şiddət göstərdiyini yazdığı üçün "The Sun"ı məhkəməyə vermişdi. Depp nəşrin rəhbərliyindən haqqında yalan iddialar yazdığına görə də 50 min dollar təzminat tələb edib.