Malatyada dağlıq ərazilərdə gəzintiyə çıxan iki dost qəribə hadisə ilə qarşılaşıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sandıklı Mağarasının ətrafında gəzən dostlar içəridən səs gədiyini duyublar. Bu zaman mağaraya daxil olan Abdullah Seçer və Hamza Atlı içəridə qəribə məxluqla qarşılaşıblar. Həmin anları kameralarına əks etdirən dostlar, məxluqu gördükdən sonra qorxaraq ərazidən uzaqlaşıblar.
Belə ki, dostlar həmin görüntüləri polisə təqdim edirlər. Lakin sosial şəbəkədə yayılan videogörüntülər hər kəsin qorxusuna səbəb olub.