SSRİ-nin son rəhbəri Mixail Qorbaçov Qarabağ məsələsi barədə danışıb.

Unikal.org xəbər verir ki, Qorbaçov bu barədə "RİA Novosti"yə verdiyi müsahibəsi zamanı danışıb. Qorbaçov tərəflərə uyğun gələn həll modelinin vacib olduğunu vurğulayıb.

"Ümid edirəm ki, Rusiya kömək edə bilər. Amma əsas rolu tərəflər - Azərbaycan və Ermənistan oynayır. Məsələ tənzimlənməlidir. Amma bu həll tərəflərə bərabər şəkildə uyğun gəlməlidir", - deyə Qorbaçov söyləyib.