ABŞ-da Donald Trampın tərəfdarlarının Konqres binasına müdaxiləsi nəticəsində öldürülən polis məmurlarının şərəfinə bayraqlar endirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev qərar qəbul edib.
Xatırladaq ki, 6 yanvar tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Kapitoliyə Co Baydenin prezidentliyini qeydə almaq üçün keçirilən iclas zamanı prezident Donald Trampın tərəfdarları tərəfindən basqın edilib. Şiddət nəticəsində 5 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Hadisələrlə əlaqəli olduğu düşünülən 60-dan çox adam nəzarətə alınıb.