Fransa hökuməti "Şanzelize" meydanını nəhəng bir bağa çevirməyə qərar verib.  

Unikal.org xəbər verir ki, paytaxt Parisdə yerləşən məşhur meydana 250 milyon avro ayrılıb. Belə ki, Fransa hökuməti abidənin  2024-cü ilin  Yay Olimpiya Oyunlarından sonra istifadə ediləcəyi bildirib. 

"The Guardian"da yer alan xəbərə görə, Paris Bələdiyyə Başçısı Anne Hidalgo, 2019-cu ildə planlaşdırılan layihənin "Şanzelize" meydanını "nəhəng bağa" çevirəcəyini söyləyib:

"Əfsanəvi meydan son 30 ildə sehrini itirməyə başlayıb. Parislilər buranı ziyarət etməyi dayandırdılar.  Buraya tez-tez "dünyanın ən gözəl küçəsi" deyirlər, amma hər gün bura işə gələnlər kimi biz razı deyilik".