Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen İn yeni vəzifə tutub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi xəbər agentliyi məlumat yayıb. Qeyd edilib ki, başa çatan sonuncu qurultayda KXDR Kommunist Partiyasının rəhbər orqanlarında yeni vəzifə təsis edilib.
Belə ki, 8-ci qurultayda partiyanın baş katibi vəzifəsi yaradılıb. Bu vəzifə də Şimali Koreya lideri Kim Çen İnə həvalə olunub. Həmçinin partiyanın sədri olan Kim Çen İn bundan sonra həm də KXDR Kommunist Partiyasının baş katibi statusunu da daşıyacaq.