Gürcüstanda son sutkada daha 1 857 nəfərdə koronavirus aşkarlanıb, 993 nəfər müalicə olunaraq sağalıb, 24 pasiyent isə ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 241 637 təşkil edir. Yoluxanların 227 208-i sağalıb, 2 820-si isə vəfat edib.
Hazırda karantin rejimində 514, stasionar nəzarətdə 3 879 nəfər saxlanılır. 569 nəfər isə xüsusi otellərdə müalicə olunur.