Özbəkistan koronavirusun mutasiyaya uğramış yeni növünun yayıldığı 7 ölkəyə uçuş qadağasını fevralın 1-dək uzadıb.
Unikal.org xəbər verir ki, bu barədə Özbəkistanın Koronavirusla Mübarizə Komissiyası məlumat yayıb. Qərara əsasən, mutasiyanın tez-tez müşahidə olunduğu İngiltərə, İtaliya, Danimarka, Avstriya, Avstraliya, Niderland və CAR vətəndaşlarının ölkəyə giriş-çıxışı qadağan edilib.
Yanvarın 11-i bitən qayda yenidən qüvvəyə minib və 20 gün daha uzadılıb. Digər ölkələrdən gələn özbəklər isə 14 gün karantində olacaqlar.