11 yanvar üçtərəfli bəyanatı ilə Qarabağ üzrə yaradılması qərarlaşdırılan Azərbaycan-Ermənistan-Rusiya işçi qrupunda Ermənistanı təmsil edəcək şəxsin adı açıqlanıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu şəxs Mqer Qriqoryandır. O, işçi qrupun Ermənistandan olan həmsədri kimi çıxış edəcək.
Mqer Qriqoryan həmçinin Paşinyan hökumətində baş nazirin müavini vəzifəsini tutur.