Əfqanıstandakı Taliban qruplaşmasının nümayəndəsi Zəbullah Mucahid Rusiyanın "RİA Novosti"yə açıqlama verib.
Unikal.org xəbər verir ki, Taliban da "Əfqanıstanda sülh üçün danışıqlar" prosesində rəsmi tərəf kimi iştirak edir. Danışıqların növbəti raundu Qətərin paytaxtı Dohada keçiriləcək. Talibanı görüşlərdə təmsil edən Zəbullah Mucahid açıqlaması zamanı növbəti raund barədə qruplaşmanın mövqeyini bəyan edib.
"Atəşkəs barədə düşünmək olar. Amma hələ tezdir. Danışıqlar hər şeyi müəyyən edəcək. Bunun üçün bütün tərəflər sülhə köklənməlidir", - deyə Z. Mucahid bildirib.
Qeyd edək ki, Taliban qruplaşması terror təşkilatı kimi tanınır.