Filippində zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ölkənin cənubundakı Saranqani şəhəri yaxınlığında baş verib. Yer silkələnməsi Rixter şkalası ilə 5.2 balla qiymətləndirilib.

Zəlzələnin ocağı 46.2 kilometr yerin dərinliyində yerləşib. Dağıntı və insan itkisinin olduğu deyilir.