Ermənistanın hərbi-siyasi strukturlarının müharibədən sonrakı paranoyası növbəti dəfə pik həddə çatıb və belə görünür ki, residiv bundan sonra da tamamilə yeni reallığın qəbuluna mane olmağa davam edəcək.
Unikal.org xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında bildirilib.
Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti jurnalistlərin işinə qanunsuz şəkildə mane olmaq qərarına gəlib, “24 News” telekanalının çəkiliş qrupunu təhqir edib, operatoru vurmağa cəhd göstərib. Davanın qarşısı Ermənistan Respublikası Silahlı Qüvvələrinin formasındakı əsəbi kapitulyantın yolunu kəsən polis əməkdaşları tərəfindən alınıb.
Məmur jurnalistləri “türklərə işləmək”də ittiham edib və qarşısındakından buna uyğun cavab alıb.
“Məsələ burasındadır ki, Ermənistan Müdafiə Nazirliyinin ətrafındakı yarıtmaz fəaliyyət və kritik vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində itkin düşənlərin yaxınlarının etirazları və son müharibədəki şəxsi heyətin itkiləri ilə bağlı statistik məlumatlar arasındakı uyğunsuzluq barədə “24 News”un bir neçə materialı kanalı nazirliyin obyektləri ətrafında istənilən çəkiliş meydanında arzuolunmaz hala gətirib”, - deyə məlumatda qeyd edilib.