Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin əməkdaşları itkin düşən hərbçinin atası Q.V.-ni tutublar.
Unikal.org xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, Kotayk vilayəti sakini Q.V. yanvarın 10-da idarə etdiyi “VAZ-2107” markalı avtomobili Ermənistan Müdafiə Nazirliyi administrasiyasının yerləşdiyi binanın darvazasına qəsdən çırpıb. Ermənistan İstintaq Komitəsi fakt üzrə qanunsuz olaraq hərbi hissə ərazisinə daxil olmaq, xuliqanlıq maddələri üzrə cinayət işi başlayıb.