Estoniyada hökumət istefaya gedib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə bir müddətdir davam edən korrupsiya skandalı və siyasi gərginlik hökuməti bu addımı atmağa məcbur edib. Müxalifət ölkə prezidentini avtoritarlaşmaqda ittiham edirdi. Hətta bəzən Vladimir Putinlə də müqayisələr aparılırdı.

Estoniya baş naziri Yur Ratas bu gün korrupsiya skandalı və etiraz əlaməti olaraq istefa verdiyini açıqladı. Bununla da parlamentli respublika olan Estoniyada avtomatik bütün hökumətin istefaya getməsi reallaşır. Siyasi gərginlik davam edir.