Hərbi hissələrdən birində erməni əsgəri ölü tapılıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müddətli həqiqi hərbi xidmətdə olan 18 yaşlı əsgər Radik Tatosyan hərbi hissə ərazisində ölü tapılıb.
Rəhbərlik əsgərin xəstəlikdən öldüyünü desə də, hərbi qulluqçunun ailəsi buna şübhə ilə yanaşıb. Ailənin tələbi ilə ölüm səbəbinin dəqiq araşdırılması üçün tədbirlər başladılıb. Hazırda təhqiqat davam edir.