Türkiyənin Müdafiə Sənayesi Nazirliyindəki casusluq və rüşvət şəbəkəsi ilə bağlı Milli İstihbarat Təşkilatı (MİT) və Polis birgə əməliyyat keçirib.
Unikal.org xəbər verir ki, şəbəkənin rəhbəri Yusuf Hakan Özbilginin evində 5 milyon avro aşkarlanıb.
Əməliyyatda 6 nəfər saxlanılıb.
Yusuf Hakan Özbilgi 2018-ci ildə Müdafiə Sənayesi Müdirliyində İnsansız və Ağıllı Sistemlər Departamentinin Layihə rəhbəri vəzifəsində çalışıb.