Cənubi Amerika ölkəsi Peru, "Microsoft"un qurucusu Bill Qeytsi, amerikalı iş adamı Corc Sorosu və Rokfeller ailəsini koronavirusun (Covid-19) istehsalında günahlandırıb.
Unikal.org məlumat verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, "Chincha" və "Pisco" məhkəmələrinin açdığı istintaqda, koronavirusun "dünyanı idarə edən elit cinayətkarlar" tərəfindən kəşf edildiyi iddia edilib.
İstintaqın mətnində, "Bill Qeyts, Soros, Rokfeller kimi yeni dünya düzəninin yaradıcılarından başqa heç bir dünya hökuməti, həqiqi və hüquqi şəxslər bu epidemiyanın proqnozlaşdıra bilməz", -deyə ifadələr yer alıb.
Həmçinin, Peru Ali Məhkəməsinin hakimləri Tito Qalleqos, Luis Leguia və Tony Çangaray "Twitter" hesablarında istintaq işlərinin başladıldığını elan ediblər.