Rusiya Arktikada donmayan elektron cihazların istifadəsinə başlayacaq.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Tomsk Dövlət Universitetinin Kimya Texnologiyaları Laboratoriyasında soyuğadavamlı, donmayan və tərləməyən, rütubətədözümlü və yüksək kimyəvi müqavimətə malik örtüklər hazırlanıb.

Bu örtüklərin hər hansı cihazın üzərinə çəkilməsi ilə həmin cihazlardan ekstremal şəraitdə istifadə etmək mümkün olacaq. ABŞ başda olmaqla, dünyanın bir sıra ölkələrində Rusiyanın ekoloji təmiz zona elan edilmiş Artktikada aktiv hərbi və kəşfiyyat fəaliyyətlərə başlaması narahatlıq doğurub.