ABŞ-ın ən böyük və ən məşhur əyləncə parklarından biri olan Kaliforniya ştatındakı "Disneyland" koronavirus (Covid-19) peyvənd mərkəzi olaraq istifadə ediləcək.
Unikal.org xəbər verir ki, pandemiya səbəbiylə ziyarətçilərə bağlı olan "Disneyland"ın Covid-19 peyvənd sahəsi olaraq istifadə ediləcəyini açıqlanıb.
Kaliforniya valisi Gavin Nevsom, mövcud strategiya ilə peyvəndləmənin kifayət qədər sürətli edilə bilməyəcəyini və bu səbəbdən peyvənd üçün yeni sahələr yaratdıqlarını bildirib.
Qeyd edək ki, Kaliforniya ştatında koronavirusa yoluxanların sayı 2,7 milyonu keçərək ölkədə birinci yerdədir. Bu günə qədər ştatda virus səbəbiylə 30 mindən çox insan ölüb.