Amerikalı repçi Niki Minaj müəllif hüquqlarının pozulması haqqında məhkəmədən qaçınmaq üçün müğənni Treysi Çepmenə 450 min dollar ödəyəcək.
Unikal.org xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb.
Bildirilib ki, Minaj "Sorry" mahnısında Treysinin 1988-ci ildə yazdığı “Baby can i hold you”nun sözlərindən istifadə edib. Bəstə həmin illərdə rəsmi olaraq işıq üzü görməsə də, radiolarda səslənmişdi. Treysi müəllif hüquqlarının pozulması iddiası ilə 2018-ci ildə Minajı məhkəməyə də vermişdi.
Bu günlərdə isə məlum olub ki, Minajın vəkilləri Treysini 450 min dollar kompensasiyanı almağa və məhkəmədən imtina etməyə razı salıblar.