ABŞ-da maraqlı hadisə baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ vətəndaşı olan Stefan Tomas adlı şəxs 220 milyon dollarlıq bitkoinin yığıldığı hesabının şifrəsini unudub. Tez-tez istifadə etdiyi bütün şifrələri yoxladığını söyləyən Tomas hazırda pulu ilə vidalaşmaq təhlükəsi ilə qarşı-qarşıyadır.
"Kədər verən hadisədir. Başqaları mənim xətamdan dərs çıxarsın", - deyə Tomas bildirib. Onun şifrəsini daxil etmək üçün növbəti iki şansı qalıb. Bu şanslarında da səhv şifrə yığsa, hesabındakı pulu itirəcək.