Livanda bu gündən yanvarın 25-dək davam edəcək 24 saatlıq komendant saatı qüvvəyə minir.

Unikal.org TASS-a istinadən verdiyi məlumata görə, səlahiyyətli şəxslər tədbiri koronavirusa yoluxan vətəndaşların və virusun törətdiyi nəticələrdən ölüm sayının artması səbəbindən tətbiq edirlər.

Ali Müdafiə Şurasının qərarına əsasən, bu gündən etibarən bütün dövlət qurumları və özəl şirkətlər işini dayandırır, kinoteatrlar, kitabxanalar, muzeylər, ziyafət salonları, stadionlar və kazinolar bağlanır. Məktəblər və universitetlər tamamilə distant təhsilə keçirlər. Bələdiyyə parklarında və sahillərdə gəzintilərə qadağa qoyulur; şəhərdə hərəkət etməyə yalnız həddindən artıq ciddi zərurət hallarında icazə verilir. Qida məhsulları mağazaları, çörəkbişirmə müəssisələri və yeməkxanalar tələbə uyğun olaraq xalqa ərzaq çatdırılmasını həyata keçirəcəklər.

Son sutkada Livanda koronavirusa 4 998 yeni yoluxma hadisəsi aşkar edilib, daha 35 vətəndaş koronavirusdan ölüb. 27.672 nəfər virusla bağlı testindən keçib, 17.1 faizdə müsbət nəticə qeydə alınıb. Gün ərzində 1651 xəstə xəstəxanaya, onlardan 627-si reanimasiya şöbələrinə yerləşdirilib, 176-sı süni ventilyasiya cihazlarına qoşulub. Ümumilikdə 21 fevraldan bu günə qədər 231 936 vətəndaşda koronavirus aşkarlanıb, 145 873 nəfər infeksiyadan müalicə olunub və virusun törətdiyi nəticələrdən ölənlərin sayı 1 740-a çatıb.