ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Snapchat” sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.
Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir: "İctimai təhlükəsizliklə əlaqədar yalan məlumatların, nifrət doğuran ifadələrin və şiddətə təhrik edilmənin qarşısını almaq üçün Trampın hesabını həmişəlik bağlamağa qərar verdik”.