İspaniyanın Dövlət Sığorta Xidmətinin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə hər gün orta hesabla 122 şirkət bağlanır.
Unikal.org xəbər verir ki, 2020-ci il ərzində İspaniyada 44 759 şirkət iqtisadi problemləri həll edə bilməyib, söhbət əsasən kiçik və orta biznesdən gedir.
Ötən il dekabrın sonuna olan vəziyyətə görə, ölkədə 1 295 656 şirkət fəaliyyət göstərirdi. Bu, 2015-ci ilin sonundan etibarən ən aşağı göstəricidir. "Credit Suisse” maliyyə konqlomeratının analitikləri ispan iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə qaytarılması üçün dörd il vaxt lazım olacağını proqnozlaşdırırlar.