Ermənistanda millət vəkili və jurnalist arasında gərginlik yaşanıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hakim "Mənim Addımım" blokundan olan deputat Hayk Sarkisyan və jurnalist Süzi Badoyan arasında qalmaqal olub. Belə ki, deputat jurnalisti təhqir edərək mikrofonu onun əlindən alıb. Sarkisyan daha sonra kabinetinə girərək qapını bağlayıb.
Jurnalist S.Badoyan məsələ ilə bağlı açıqlama verib. O qeyd edib ki, həmin deputatdan müsahibə almaq kimi bir fikri olmayıb. Deputat özü ona yaxınlaşaraq mikrofonu onun əlindən alıb və kobudluq nümayiş etdirib.
Məsələ jurnalistlər arasında yayılıb və böyük narazılığa səbəb olub. Deputatın parlamentin etika komissiyası tərəfindən cəzalandırılması və mandatdan məhrum edilməsi tələb olunur.