“Twitter” Rusiya istehsalı olan “Sputnik V” vaksininin hesabına girişi məhdudlaşdırıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.
“Sputnik V”nin “@sputnikvaccine” hesabı blok edildi. Səbəblərini araşdırırıq”, - deyə açıqlamada qeyd olunub.
Fond bütün abunəçilərdən hesablarına girişi bərpa etmək üçün “Twitter”lə əlaqə qurmalarını xahiş edir.