Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd vurdurub.
Unikal.org xəbər verir ki, sosial mediada paylaşılan fotolarda Ərdoğana peyvənd vuran səhiyyə işçisin Əkrəm İmamoğluya bənzədilməsi gündəm yaradıb.
Həkimi İmamoğlu ilə müqayisə edən sosial media istifadəçiləri bir çox maraqlı şərhlər bildiriblər. Daha sonra İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri Əkrəm İmamoğlu sosial şəbəkədə paylaşılan fotolara cavab verib.
Belə ki, bir sosial media istifadəçisinin, "Əkrəm İmamoğlu bumu?" sualına, İmamoğlu "Twitter"də "Xeyr, mən deyiləm" yazaraq bildirib.