Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yaşamaq üçün Çaxkadzor kurortuna köçüb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan hökumətin təklif etdiyi mənzildən imtina edib. Daha sonra “Avilon” şirkətinin rəhbəri Kamo Avaqumyan onun üçün ev tikməyə qərar verib. Ancaq üçüncü prezident İrəvandan ayrılmağı qərara alıb və yeni ili qeyd etdiyi Çaxkadzora köçüb.

Belə ki, Sarkisyan burada restoranlardan birində görünüb. O, prezidentlik dövründə təhlükəsizliyini təmin edən mühafizəçilərinin əhatəsində olub.